Kremlin sözçüsü Dmitri Peskov Avropanın aparıcı siyasətçilərini sərt tənqid edərək bildirib ki, nə Rusiya, nə də ABŞ Avropa diplomatiyasının nümayəndələrindən biri olan Kallasla hər hansı müzakirə aparmaq niyyətində deyil. Onun sözlərinə görə, Avropada hakimiyyətdə olan siyasətçilərin deqradasiyası açıq görünür və onlar qeyri-peşəkar davranırlar.
Postxronika.az xəbər verir ki, Peskov Qrenlandiyada “Qızıl günbəz” hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi ehtimalının Rusiya Ordusu tərəfindən diqqətlə təhlil ediləcəyini qeyd edib. O əlavə edib ki, Avropa Rusiyadan enerji asılılığından qurtulsa da, hazırda ABŞ-dan asılı vəziyyətə düşüb.
Kremlin sözçüsü Qrenlandiyanın Rusiyanın strateji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Peskovun fikrincə, Kanada da ABŞ Prezidenti Donald Trampla yaşanan münaqişə səbəbindən ciddi problemlərlə üzləşə bilər.