İranda yanvar ayında baş verən etirazlar zamanı təxminən min nəfərin göz xəsarətləri ilə xəstəxanalara müraciət etdiyi bildirilir.
Postxronika.az xəbər verir ki, bu barədə Tehrandakı Fərabi Göz Xəstəxanasının direktoru Qasım Fəxrayi açıqlama verib.
Onun sözlərinə görə, yanvar etirazlarından bu günə qədər ümumilikdə təxminən 1000 nəfər bir və ya hər iki gözün zədələnməsi səbəbilə müalicə üçün xəstəxanaya gətirilib. Statistikaya yalnız göz xəsarəti alan şəxslər daxil edilib.
Xəstəxananın baş tibb bacısı Məryəm Səbbaqi isə etirazlar zamanı Fərabi Göz Xəstəxanasında bütün çarpayıların tam dolu olduğunu bildirib. Onun sözlərinə görə, yaralıların böyük əksəriyyətini gənc kişilər təşkil edib.