İraq silahlı qruplaşmaları, o cümlədən Xalq Səfərbərlik Qüvvələri (PMF), son günlər Suriya sərhədində mütəmadi şəkildə toplaşaraq guya Suriya ordusunun hücum edəcəyini iddia edir.
Postxronika.az xəbər verir ki, qruplaşma üzvləri sosial şəbəkələrdə emosional videolar və mahnılar paylaşırlar, mümkün “işğal”a hazır olduqlarını nümayiş etdirməyə çalışırlar. Paylaşılan videolardan birində isə PMF üzvü əvvəlcə TikTok-da Suriya hərbçilərini hədələyir, daha sonra sahibsiz itin hücumundan panika içində qaçır.
Müşahidəçilərə görə, bu görüntülər real hərbi təhlükədən çox, sərhəddə yaranmış gərginliyin və psixoloji təlaşın göstəricisi kimi qiymətləndirilir.