ABŞ və Ukrayna BƏƏ-də keçirilən danışıqlar zamanı Donbasda neytral ölkələrdən ibarət qoşunların yerləşdirilməsi və ya bölgənin silahsızlaşdırılmış zona elan edilməsi məsələsini müzakirə edib. Bu barədə “The New York Times” məlumat yayıb.

Postxronika.az xəbər verir, məlumata görə, Rusiya ötən yay Alyaskada ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında əldə edildiyi iddia olunan razılaşmadan kənara çıxan hər hansı ərazi təklifini rədd edib. Sözügedən razılaşmanın Ukraynanın Donbasda nəzarətində qalan ərazilərlə bağlı güzəştə getməsini nəzərdə tutduğu bildirilir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov danışıqların detalları barədə açıqlama verməkdən imtina edib, lakin Moskva nümayəndə heyətinin Alyaska razılaşmalarına uyğunluğun qorunması üçün çalışdığını bildirib.

KİV-in məlumatına görə, ABŞ və Ukrayna Donbasın silahsızlaşdırılmış zona elan edilməsini və təmas xəttində KTMT, BRİCS və NATO ölkələrindən ibarət üçtərəfli sülhməramlı qüvvənin yerləşdirilməsini də təklif edib. Moskva isə bu təşəbbüsü rədd edərək Donbasın tam təhvil verilməsini tələb etməyə davam edir.