BƏƏ və İordaniya İrana qarşı mümkün hərbi müdaxilə üçün hər cür hərbi, iqtisadi və kəşfiyyat dəstəyi verməyə hazır olduqlarını bəyan ediblər. “Israel Hayom”un məlumatına görə, regionun digər ölkələri isə prosesə ehtiyatla yanaşır və vəziyyətin planlaşdırıldığı kimi inkişaf etməyəcəyindən narahatdır. Xüsusilə Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə müdaxiləyə qarşı çıxır.

Postxronika.az xəbər verir ki, Tramp administrasiyası daxilində vitse-prezident J.D. Vens, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Xeqset, eləcə də Böyük Britaniya, İsrail və BƏƏ İrana dərhal hücum çağırışları edir və dəstəyə hazır olduqlarını vurğulayırlar.

Eyni zamanda, Cared Kuşner və Stiv Vitkoff, həmçinin Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər hərbi müdaxiləyə qarşı mövqe sərgiləyir. Türkiyə tərəfi ABŞ-a İrana qarşı hücumda iştirak etməyəcəyini və kürd məsələsində Tehrana kəşfiyyat dəstəyini davam etdirəcəyini bildirib