Hindistanın Qərbi Benqal ştatında Nipah virusunun yayılması ilə əlaqədar sanitariya nəzarəti gücləndirilib. “The Independent” nəşrinin məlumatına görə, indiyədək beş yoluxma halı təsdiqlənib, təxminən 100 nəfər isə ev şəraitində karantinə alınıb.

Postxornika.az xəbər verir ki, Nipah virusu heyvanlardan insanlara keçən zoonoz infeksiyalara aiddir. Ümumdünya Səhiyyə Təşkilatı virusu yüksək ölüm riski daşıyan prioritet patogenlər siyahısına daxil edib. Xəstəliyə qarşı vaksin və spesifik müalicə üsulu mövcud deyil, əsas təbii daşıyıcılar isə yarasalardır.

Qeyd olunur ki, miqrasiya axınları və Hindistandan gələn şəxslərin çoxluğu səbəbindən virusun Rusiyaya yayılma riski yüksək qiymətləndirilir.