OpenAI “Apple” şirkətini kommersiya sirlərini mənimsəməkdə ittiham edib
RH
“ChatGPT”nin yaradıcısı “OpenAI” şirkəti keçmiş əməkdaşı vasitəsilə kommersiya sirlərinin ələ keçirildiyini iddia edərək “Apple”a qarşı məhkəmədə qarşılıqlı iddia qaldırıb. Şirkət Kaliforniyada təqdim etdiyi iddiada rəqibinin gələcək süni intellekt əsaslı cihazları ilə bağlı məlumatları əldə etdiyini bildirib.
Postxronika.az BBC-yə istinadən xəbər verir ki, “Apple” daha əvvəl “OpenAI” və onun iki əməkdaşını məxfi məlumatları mənimsəməkdə ittiham edərək məhkəməyə vermişdi. “OpenAI” isə keçmiş əməkdaşının şirkətdə çalışdığı müddətdə yeni cihazlar və gələcək məhsul planları ilə bağlı onlarla sənədi şəxsi telefon nömrələrinə göndərdiyini iddia edib.
Bundan əlavə, şirkət “Apple”ı gələcək cihazlarının hazırlanmasında iştirak edə biləcək avadanlıq təchizatçılarını bu əməkdaşlıqdan çəkindirməyə çalışmaqda günahlandırıb. “Apple” irəli sürülən ittihamları rədd edərək qarşılıqlı iddianı özünə qarşı qaldırılmış işin mahiyyətindən diqqəti yayındırmaq cəhdi kimi qiymətləndirib.