Adil Karimli Meets with Tajikistan’s Minister of Culture
NQNuray Qafarzadə

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen ilə görüşüb.
Postxronika.az xəbər verir ki, oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub.
Tərəflər qarşılıqlı mədəniyyət günlərinin təşkili, beynəlxalq incəsənət layihələrində iştirak və “Bakı Prosesi”nin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.