Finlandiya körfəzində dron hücumuna məruz qalan gəminin heyəti Rusiyaya qayıdıb
NQNuray Qafarzadə

Finlandiya körfəzinin beynəlxalq sularında noyabrın 21-də dron hücumuna məruz qalan gəminin heyəti Rusiyaya qayıdıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko Telegram kanalında heyətin noyabrın 23-də saat 20:00-da Rusiyaya qayıdaraq Sankt-Peterburqun “Böyük Liman”ında sahilə çıxdığını bildirib.