Jensen Huang “NVIDIA”nın baş direktoru vəzifəsinə yenidən qaytarılıb
NQ
Jensen Huang ABŞ-ın texnologiya şirkəti “NVIDIA”nın prezidenti və baş direktoru vəzifəsinə, eləcə də direktorlar şurasının üzvü kimi fəaliyyətinə yenidən başlayıb.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, şirkətin açıqlamasına görə, qərar dərhal qüvvəyə minib və direktorlar şurası tərəfindən yekdilliklə qəbul edilib. Qərarın qəbulunda ABŞ hökumətinin yüksək vəzifəli nümayəndələrinin rəyi də nəzərə alınıb, onun yenidən vəzifəyə qaytarılmasının milli təhlükəsizlik riski yaratmadığı bildirilib.
Huang noyabrın 12-də Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən qadınla münasibətinə dair qalmaqal fonunda vəzifəsindən istefa vermişdi. Çin Xarici İşlər Nazirliyi qadının Çin kəşfiyyatı ilə əlaqəsi barədə iddiaları böhtan adlandırmışdı.
Ötən həftə ABŞ Prezidenti Donald Tramp şirkəti Huangə ikinci şans verməyə çağırmışdı.