NATO 1997-ci il sərhədlərinə qayıtmaq ideyasını rədd edib
NQNuray Qafarzadə

NATO 1997-ci il sərhədlərinə geri çəkilmək təklifini qəbul etmir. Bu barədə alyansın baş katibi Mark Rutte NATO Parlament Assambleyasının müzakirələri zamanı bildirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Rutte NATO-nun mövqeyinin və üzvlük məsələlərinin alyansın özü tərəfindən müəyyənləşdirildiyini vurğulayaraq, 1997-ci il sərhədlərinə qayıtmaq təkliflərinin qəbuledilməz olduğunu bildirib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov noyabrın 12-də Moskvanın NATO-nun genişlənməməsi ilə bağlı məlum tələbləri ilə yanaşı, təhlükəsizlik təminatlarının da vacib olduğunu bəyan etmişdi.