ABŞ-da güclü qasırğa yüz minlərlə insanı işıqsız qoyub, minlərlə aviareys təxirə salınıb
RH
Şükranlıq günü tətili zamanı ABŞ-ın hər iki sahilini bürüyən əlverişsiz hava şəraiti nəticəsində yüz minlərlə insan elektriksiz qalıb. Cümə axşamı şərq bölgələrini vuran güclü qasırğa leysan yağışları, şiddətli külək və sahilyanı daşqınlara səbəb olub, "Poweroutage.us" monitorinq saytının məlumatına görə isə kəsintilərdən ən çox zərər çəkən ştat Pensilvaniyadır. Milli Hava Xidməti (NWS) hava şəraitinin tədricən yaxşılaşacağını proqnozlaşdırsa da, fəsadların aradan qaldırılmasının müəyyən vaxt aparacağı barədə xəbərdarlıq edib.

Postxronika.az BBC-yə istinadən xəbər verir ki, təbii fəlakət hava nəqliyyatında da ciddi böhran yaradıb və "Flightaware.com" portalının statistikasına əsasən, təkcə cümə axşamı ölkədaxili və beynəlxalq istiqamətlərdə 2500-dən çox aviareys gecikib, 450-dən artıq uçuş isə tamamilə ləğv olunub. Cümə günü də yüzlərlə reysdə ləngimələrin qeydə alındığı vaxtda, sərnişinlərdən biri Çikaqoya getmək üçün Nyu-Yorkun LaQuardiya hava limanında 13 saat gözləməli olduğunu bildirib. Merilenddə körpülərin bağlanmasına və Delaverdə sahilboyu ərazilərin su altında qalmasına yol açan fəlakətlə əlaqədar ABŞ Prezidenti Donald Tramp zərərçəkmiş ştatlara fövqəladə yardım fondlarının ayrılması məsələsini nəzərdən keçirəcəyini bəyan edib.