İraq Neft Nazirliyi magistral boru kəmərinin bərpası ilə bağlı detalları açıqlayıb
RH
İraqın rəsmi INA agentliyinin Neft Nazirliyinə istinadən yaydığı məlumata əsasən, xam neftin 46 düym diametrli boru kəməri vasitəsilə IT1 nasos stansiyasından IT1A stansiyasına, oradan isə MS ölçü məntəqəsinə ötürülməsi planlaşdırılır. İlkin mərhələdə gündəlik 300 min barel ötürücülük qabiliyyəti ilə fəaliyyət göstərəcək xəttin gücünün ikinci nasos stansiyasında bərpa işləri tamamlandıqdan sonra 500 min barelə çatdırılması nəzərdə tutulur. Kəmərin yenidən istismara verilməsi üzrə təmir-bərpa işlərinin Şimal Neft Şirkəti və Neft Layihələri Şirkətinin yerli mühəndisləri və texniki heyəti tərəfindən icra edildiyi bildirilib.
Postxronika.az TRT Haber-e istinadən xəbər verir ki, nazirliyin digər strukturlarının da dəstək verdiyi bu proses çərçivəsində infrastrukturun daxili imkanlar hesabına təmir olunduğu və işə salınması üçün bütün zəruri hazırlıqların görüldüyü qeyd olunub. Rəsmi açıqlamada xəttin fəaliyyətinin bərpasının ölkənin xam neft daşıma və ixrac potensialının artırılması baxımından strateji əhəmiyyət daşıdığı vurğulanıb. Həmçinin bu addımın ixrac marşrutlarının şaxələndirilməsinə və enerji infrastrukturunun gücləndirilməsinə mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.