Böyük Britaniyada süni intellekt ilk dəfə real müştəri adından alış-veriş ödənişi həyata keçirib
RH
Böyük Britaniyanın maliyyə nəzarəti qurumunun müşahidəsi altında bir bank və ödəniş texnologiyaları şirkəti birgə sınaq həyata keçirib. Layihə çərçivəsində süni intellekt köməkçisinə restoranlar şəbəkəsindən doqquz ədəd mini pizza sifariş etmək səlahiyyəti verilib. İstifadəçilər rəqəmsal asistenta hansı növ yemək istədiklərini bildirdikdən və onun təkliflərini təsdiqlədikdən sonra sifariş qısa müddətdə ünvana çatdırılıb.
Postxronika.az TRT Haber-e istinadən xəbər verir ki, texnologiya şirkətinin rəhbəri əməliyyat zamanı heç bir hesab nömrəsinin və ya bank şifrəsinin paylaşılmadığını açıqlayıb. Rəqəmsal sistem maliyyə qurumu tərəfindən müəyyən edilmiş ciddi xərc limitləri çərçivəsində qalaraq məbləği birbaşa bank hesabları arasında köçürüb. Bu uğurlu sınaq ölkədə süni intellektin real müştəri adından pərakəndə alış-veriş ödənişi icra etdiyi ilk nümunə kimi tarixə düşüb.