Cəbrayıl rayonu ərazisinə növbəti dəfə 10 baş ceyran buraxılıb
RH
Azərbaycanda vəhşi heyvanların tarixi areallarına qaytarılması və populyasiyalarının bərpası istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti reintroduksiya tədbiri həyata keçirilib. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda nəzərdə tutulmuş fauna növlərinin bərpası layihəsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb. Bu barədə nazirlik yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev məlumat verib.
Postxronika.az Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) istinadən xəbər verir ki, qurum rəsmisi bu günədək işğaldan azad edilmiş ərazilərə ümumilikdə 50 baş ceyranın köçürüldüyünü diqqətə çatdırıb. Həyata keçirilən bu ekoloji tədbirlər regionun zəngin biomüxtəlifliyinin bərpasına və nadir heyvan növlərinin təbii mühitdə çoxalmasına mühüm töhfə verir. Qarşıdakı dövrdə də azad olunmuş torpaqlarda vəhşi təbiətin mühafizəsi və heyvanat aləminin zənginləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur.