Adıgeyskdə “Ozon” logistika mərkəzinə PUA hücumu olub, xəsarət alan yoxdur
NQNuray Qafarzadə

Rusiyanın Adıgeysk şəhərində “Ozon” şirkətinə məxsus logistika mərkəzi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Hadisədən sonra müəssisədə yanğın başlayıb.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, şirkətin mətbuat xidmətinin məlumatına görə, bütün əməkdaşlar dərhal təxliyə edilib. İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları işləyir.