Rusiya qüvvələri Ukrayna ordusunun istifadə etdiyi nəqliyyat infrastrukturuna zərbələr endirib
NQNuray Qafarzadə

Rusiya ordusu son sutka ərzində Ukrayna hərbçilərinin istifadə etdiyi nəqliyyat infrastrukturu obyektlərinə, pilotsuz uçuş aparatlarının və yerüstü robot sistemlərinin yığılması və saxlanılması məntəqələrinə zərbələr endirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, zərbələr Ukrayna hərbi birləşmələrinin və xarici muzdluların müvəqqəti yerləşmə məntəqələri də daxil olmaqla, 153 ərazini əhatə edib.
Nazirlik son sutkada döyüşlərdə Ukrayna ordusunun təxminən 1 160 hərbçisini itirdiyini və Rusiya hava hücumundan müdafiə sistemlərinin 972 Ukrayna pilotsuz uçuş aparatını vurduğunu iddia edib.