Tramp: ABŞ-ın yaxın vaxtlarda İrana zərbə endirmək planı yoxdur
NQNuray Qafarzadə

ABŞ Prezidenti Donald Tramp İranla bağlı mövcud vəziyyətdən razı olduğunu və Vaşinqtonun yaxın vaxtlarda bu ölkəyə zərbə endirmək niyyətində olmadığını bildirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Tramp bu barədə “Financial Times” qəzetinə müsahibəsində danışıb.
ABŞ lideri zərurət yaranacağı təqdirdə hərbi əməliyyata hazır olduqlarını da vurğulayıb. Bununla belə, belə bir addıma ehtiyac yaranmaya biləcəyini qeyd edib.