“Nord Stream” təxribatı ilə bağlı məhkəmə prosesi 2027-ci ilin iyununa qədər davam edəcək
NQNuray Qafarzadə

Almaniyada “Nord Stream” və “Nord Stream 2” qaz kəmərlərində törədilən təxribatla bağlı məhkəmə prosesinin ən azı 2027-ci ilin iyununun ortalarınadək davam edəcəyi gözlənilir.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Hamburq Ali Regional Məhkəməsi fevral-iyun ayları üçün daha 19 məhkəmə iclası təyin edib.
İş üzrə Ukrayna Silahlı Qüvvələrinin keçmiş xüsusi təyinatlı hərbçisi Sergey Kuznetsov mühakimə olunur. O, müharibə cinayəti, partlayışlar törətmək, tikililəri dağıtmaq və kommunal xidmətlərin fəaliyyətini pozmaqda ittiham edilir.