FSB Soçidə hərbçiyə qarşı terror aktının qarşısını alıb, 2 kiloqramlıq bomba zərərsizləşdirilib
NQ
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna xüsusi xidmət orqanlarının Soçidə rusiyalı hərbçiyə qarşı planlaşdırdığı terror aktının qarşısını alıb.
Postxronika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Məlumata görə, Ukrayna xüsusi xidmət orqanları 1955-ci il təvəllüdlü Soçi sakini olan qadını əməkdaşlığa cəlb etməyə çalışıb. Qadın 2026-cı ilin iyununda böyük məbləğdə pulunu dələduzluq nəticəsində itirib, bundan dörd ay sonra isə ona yenidən müraciət edilib.
FSB-nin məlumatına görə, qadına oğurlanan pulunun qaytarılacağı və guya vətənə xəyanət edən şəxsin ifşa olunmasına kömək etməsi müqabilində ədalətin bərpa ediləcəyi vəd edilib. Qadın vaxtında hüquq-mühafizə orqanlarına müraciət etdiyindən cinayət məsuliyyətindən yayınıb.