Putin AI Journey beynəlxalq konfransına gəlib
NQ
Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən AI Journey beynəlxalq konfransında iştirak etmək üçün “Sber”in baş qərargahına gəlib.
Postxronika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu il Rusiya lideri tədbirdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birlikdə iştirak edəcək. İki prezident ötən axşam Kremlində görüşüb, müzakirələrini konfrans çərçivəsində davam etdirəcəklər.
Putin daha əvvəl də bu forumda iştirak edib, plenar iclasda çıxış edib və texnoloji yeniliklərin nümayiş olunduğu sərgi ilə tanış olub. Ötən il prezidentə süni intellektin müxtəlif imkanları nümayiş etdirilib, robot isə onun qarşısında rəqs edib.
“Sber” tərəfindən təşkil olunan AI Journey konfransı süni intellekt və maşın öyrənməsi texnologiyalarının tədqiqi, inkişafı və tətbiqinə həsr olunmuş illik tədbirdir. Konfrans bu il noyabrın 26–28-də Moskvada keçirilir.