Rusiya qüvvələri Ukraynanın PUA istehsalı və saxlama məntəqələrini vurub
NQNuray Qafarzadə

Rusiya qüvvələri son 24 saat ərzində Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının (PUA) və yerüstü robot sistemlərinin istehsalı və saxlanması məntəqələrinə, eləcə də hərbi yerləşmə nöqtələrinə zərbələr endirib.
Postxronika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat-taktiki aviasiya, hücum PUA-ları, raket qoşunları və artilleriya Ukrayna ordusunun fəaliyyətini təmin edən enerji infrastrukturu obyektlərini, PUA və yerüstü robot sistemlərinin istehsal və saxlama məntəqələrini, həmçinin Ukrayna silahlı birləşmələrinin və xarici muzdluların müvəqqəti yerləşmə nöqtələrini 146 ərazidə vurub.