Lavrov: Rusiyanın xüsusi əməliyyata başlaması Qərbin niyyətlərini üzə çıxardı
NQ
Rusiyanın xüsusi hərbi əməliyyata başlaması Qərbin niyyətlərini açıq şəkildə ortaya qoyub.
Postxronika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qorçakov İctimai Diplomatiya Fondunun “Gələcək üçün dialoq” proqramının iştirakçılarına bildirib.
Lavrovun sözlərinə görə, Avropa hər gün öz planlarını açıqlayır, müharibəyə hazırlaşır və Ukraynada dərhal atəşkəs tələb edir. O qeyd edib ki, avropalılar atəşkəsdən sonra uzunmüddətli nizamlanmanın olmayacağını, döyüşlərin dayandırılmasından dərhal sonra Ukraynaya öz qoşunlarını yerləşdirəcəklərini və hərbi bazalar quracaqlarını gizlətmirlər.
Nazir əlavə edib ki, buna baxmayaraq, Avropa ölkələri Rusiya, ABŞ və Ukrayna arasında davam edən danışıqlarda iştirak etmək istəyirlər.