Peskovun brifinqində Avropa ilə təmaslar, gəmiyə hücum və aktivlər məsələsi gündəmə gəlib
NQ
Avropa ilə mümkün təmaslar, Finlandiya körfəzinin beynəlxalq sularında Rusiyaya məxsus yük gəmisinə hücum və dondurulmuş aktivlərlə bağlı məsələlər Kremlin sözçüsü Dmitri Peskovun brifinqində əsas müzakirə mövzuları olub.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Peskov Avropa ölkələri ilə dialoq perspektivləri, Ukraynada humanitar əməliyyat təşəbbüsü və Rusiya gəmilərinə qarşı hücumlarla bağlı sualları cavablandırıb.
Kremlin sözçüsü Moskvanın Kostyantinovka şəhərində humanitar əməliyyatın həyata keçirilməsi təşəbbüsü ilə bağlı Kiyevdən hələ də rəsmi cavab almadığını vurğulayıb. O, həmçinin Rusiya aktivlərinin dondurulması və onların mümkün istifadəsi ilə bağlı Moskvanın mövqeyinin dəyişmədiyini bildirib.