Novak: Rusiya bu il 494 milyon ton neft hasil etməyi planlaşdırır
NQ
Rusiya bu il 494 milyon ton neft hasil etməyi planlaşdırır. Eyni zamanda, “Qazprom” və Türkiyənin BOTAŞ şirkəti arasında qaz tədarükünün üç il müddətinə əvvəlki şərtlərlə uzadılması barədə müqavilə imzalanıb.
Postxronika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bu barədə Rusiya-Türkiyə biznes forumunun kuluarında jurnalistlərə açıqlama verib.
Novak bildirib ki, “Qazprom” və BOTAŞ arasında imzalanan müqavilə Türkiyəyə təbii qaz tədarükünün daha üç il müddətinə uzadılmasını, əvvəlki şərtlərin və həcmlərin qorunmasını nəzərdə tutur.
O, həmçinin Rusiya və Türkiyənin Qara dəniz vasitəsilə taxıl tədarükünün bərpası məsələsini müzakirə etdiyini bildirib. Tərəflərin bu istiqamətdə logistika və təhlükəsizlik məsələlərini nəzərdən keçirdiyi qeyd olunub.