Peskov: Putinin Paşinyanla görüşündə Ermənistanın Aİ və ya Aİİ seçimi müzakirə olunacaq
NQNuray Qafarzadə

Rusiya Prezidenti Vladimir Putinin ilin yekunlarına dair sual-cavab tədbirinə vətəndaşların marağı yüksəkdir. İlk saatlarda müraciətlərin sayı 100 minə yaxınlaşıb.
Postxronika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında müraciətlərin toplanması prosesinin dinamikasının əvvəlki illərlə müqayisədə daha yüksək olduğunu bildirib.
Peskov, həmçinin, Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək danışıqlarda Ermənistanın Avropa İttifaqı (Aİ) və ya Avrasiya İqtisadi İttifaqı (Aİİ) istiqamətində seçim etməsi məsələsinin müzakirə olunacağını qeyd edib.