Zelenski: ABŞ Ukraynanın NATO üzvlüyü müqabilində Donbasdan çıxmasını təklif edib
RH
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ danışıqlar qrupunun NATO üzvlüyü müqabilində Ukrayna qoşunlarının Donbasdan çıxarılması təklifini irəli sürdüyünü bildirib. O, bu açıqlamanı ABŞ nümayəndələri Cared Kuşner və Stiv Vitkoffun Moskva səfərindən və Dublində keçirilən görüşdən sonra verib.
Postxronika.az BBC-yə istinadən xəbər verir ki, Zelenski belə bir təklifin ilk dəfə gündəmə gətirildiyini qeyd edib. O, təhlükəsizlik zəmanətləri və ölkənin bərpası üçün maliyyə dəstəyi təmin olunacağı təqdirdə məsələni referendum yolu ilə xalqın müzakirəsinə çıxara biləcəyini vurğulayıb. Kiyev gələcək təhlükəsizlik təhdidlərindən qorunmaq üçün NATO üzvlüyünü sülh sazişinin əsas şərtlərindən biri hesab edir, Moskva isə Ukraynanın alyansa qoşulmasına qarşı çıxaraq onun neytral statusunda israr edir.
Tərəflərin ərazi məsələsi və təhlükəsizlik təminatları ilə bağlı mövqeləri arasındakı ziddiyyətlər müharibənin dayandırılması istiqamətində diplomatik səyləri çətinləşdirir.