Ağdama köçürülmüş sakinlərin 2640-dan çoxu məşğulluq tədbirlərinə cəlb edilib
NQ
Ağdam rayonuna köçürülmüş sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. İndiyədək 2642 nəfər aktiv məşğulluq proqramlarına cəlb olunub.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağdama köçürülən sakinlərin məşğulluğuna dəstək göstərilir.
Məlumata görə, məşğulluq tədbirlərinə cəlb olunanlardan 2516 nəfərin rayon ərazisində işlə təmin olunmasına dəstək verilib. Onlardan 170 nəfəri özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradıb, 126 nəfər isə əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına yönləndirilib.
Hazırda digər sakinlərin də məşğulluq imkanları qiymətləndirilir və onların uyğun proqramlara cəlb olunması istiqamətində iş aparılır.