ABŞ-nin müdafiə sənayesi Ukrayna ilə bağlı dialoqa mane olur – Ceffri Saks
NQ
ABŞ-nin hərbi-sənaye dairələri Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə müqavimət göstərir, lakin Prezident Donald Trampın arzuolunan nəticəyə nail olmaq üçün imkanları var.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bunu Nyu-Yorkdakı Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, amerikalı iqtisadçı Ceffri Saks APEC sammitindən sonra müsahibəsində bildirib.
Saksın sözlərinə görə, əsas maneə prezidentin niyyəti deyil, Vaşinqtonda, o cümlədən təhlükəsizlik strukturlarının bəzi bölmələrində və hərbi-sənaye kompleksində NATO-nun genişlənməsi siyasətinə bağlı olan güclü maraq qruplarının müqavimətidir. O qeyd edib ki, Tramp Amerika xalqının maraqlarını həmin lobbilərin təsirindən üstün tutmaq imkanına malikdir.
İqtisadçı hesab edir ki, NATO-nun Ukrayna və Gürcüstan istiqamətində genişlənməsinə son qoyulması barədə aydın bəyanat ABŞ-nin təhlükəsizliyini gücləndirə, nüvə silahına malik dünyanın ən böyük dövlətilə müharibə riskini aradan qaldıra və yeni silahlara nəzarət sazişinin imzalanmasına yol aça bilər.