İlham Zəkiyev Qran-Pridə bürünc medal qazanıb
NQNuray Qafarzadə

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-Pri yarışında bürünc medal qazanıb.
Postxronika.az xəbər verir ki, J1 kateqoriyası, +95 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda britaniyalı Dan English üzərində qələbə qazanıb, 1/4 finalda isə moldovalı İan Basokaya məğlub olub.
Təsəlliverici görüşdə özbəkistanlı Ulmas Rayimovu üstələyən İlham Zəkiyev bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbekə qalib gəlib.