Nvidia dünyanın ən dəyərli üç şirkəti sırasından çıxıb
NQ
Nvidia dünyanın bazar kapitallaşmasına görə ən böyük üç şirkəti sırasından geriləyərək üçüncü yeri Google-un ana şirkəti Alphabet-ə verib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, ticarət məlumatlarına əsasən, hazırda bazar kapitallaşmasına görə ilk üçlükdə “Apple” (4,978 trilyon dollar), “Microsoft” (3,598 trilyon dollar) və “Alphabet” (3,245 trilyon dollar) qərarlaşıb. “Nvidia” 3,031 trilyon dollar kapitallaşma ilə dördüncü, “Amazon” isə 2,668 trilyon dollarla beşinci yerdədir.
Bundan əvvəl “Business Insider” portalı “Nvidia”nın baş direktoru Jensen Huangın vəzifədən ayrılması ilə bağlı açıqlamadan sonra şirkətin bazar kapitallaşmasının təxminən 1,04 milyard dollar azaldığını yazıb.
Noyabrın 12-də Jensen Huang Çin üçün casusluqda şübhəli bilinən qadınla əlaqələrinə dair qalmaqal fonunda “Nvidia”nın baş direktoru və prezidenti vəzifələrindən, eləcə də şirkətin Direktorlar Şurasından istefa verib. Çin Xarici İşlər Nazirliyi qadının Çin kəşfiyyatı ilə əlaqəli olması barədə iddiaları böhtan adlandırıb.