Rusiyanın xilasetmə gəmisi dron hücumuna məruz qalan yük gəmisinə yaxınlaşıb
NQNuray Qafarzadə

Fin körfəzinin beynəlxalq sularında dron hücumuna məruz qalan Rusiya quru yük gəmisinə xilasetmə gəmisi yaxınlaşıb. Gəmi heyəti təxliyəyə ehtiyac olmadığını bildirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko Max messencerində məlumat yayıb.
Qubernatorun sözlərinə görə, gəmidə vəziyyət nəzarət altındadır. Heyət zəruri təmir işlərini həyata keçirir və gəminin nəzərdə tutulan marşrut üzrə hərəkətini bərpa etməyi planlaşdırır.