Aİ Böyük Britaniyadan “Brexit”lə bağlı mövqeyini dəqiqləşdirməyi tələb edir
NQ
Avropa İttifaqı (Aİ) Böyük Britaniya hökumətindən “Brexit”dən sonrakı münasibətlərə dair uzunmüddətli strategiyasını aydınlaşdırmasını gözləyir.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, “The Guardian” qəzeti avropalı diplomatlara istinadla Londonun mövqeyini dəqiqləşdirməyəcəyi təqdirdə tərəflər arasında münasibətlərin gələcəyinə dair yeni danışıqların aparılmayacağını yazıb.
Məlumata görə, Aİ üzvü olan dövlətlər Böyük Britaniya ilə münasibətlərin mərhələli şəkildə yenidən qurulmasına yönəlmiş sammitlərin davam etdirilməsində maraqlı deyil. Brüssel Londonun “Brexit” qərarını geri çevirmək, yoxsa mövcud razılaşmalar çərçivəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu müəyyənləşdirməsini istəyir.
Diplomatların fikrincə, Böyük Britaniya əvvəlcə gələcək münasibətlərə dair məqsədlərini və seçimlərini dəqiqləşdirməli, bundan sonra danışıqlar masasına qayıtmalıdır. Bu çağırış Baş nazir Endi Börnhemin noyabrın 20-də keçiriləcək Aİ sammitinə hazırlıq gördüyü vaxt səsləndirilib. Sammitdə ərzaq, enerji və gənclərin mobilliyi sahələrində yeni razılaşmaların müzakirəsi gözlənilir.