Aİ Wildberries-in təsisçisi Tatyana Kimə qarşı sanksiyalar tətbiq edib
NQNuray Qafarzadə

Avropa İttifaqı Rusiyanın ən böyük onlayn ticarət platformalarından biri olan Wildberries-in təsisçisi və RWB şirkətinin rəhbəri Tatyana Kimi sanksiya siyahısına daxil edib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro Aİ Xarici İşlər Şurasının iclası öncəsi açıqlama verib. Onun sözlərinə görə, yeni məhdudiyyətlər ümumilikdə 145 fiziki və hüquqi şəxsi əhatə edir.
RWB-nin mətbuat xidməti isə bildirib ki, Tatyana Kimə qarşı tətbiq edilən sanksiyalar şirkətin və onun ekosisteminə daxil olan müəssisələrin fəaliyyətinə təsir göstərməyəcək.