Alim: Süni intellekt tarixçini əvəz edə bilməz
NQ
Süni intellekt tarixi araşdırmaların aparılma üsullarını dəyişdirsə də, tarixçinin peşəkar qiymətləndirməsini və tənqidi təhlilini əvəz edə bilməz.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Süni intellekt və rəqəmsal tarix və etnologiya şöbəsinin elmi işçisi, Tarix və Etnologiya İnstitutunun Gənc Alimlər Şurasının sədri Ayxan Mehdizadə bildirib.
Onun sözlərinə görə, süni intellekt böyük həcmli arxiv materiallarının təhlilini sürətləndirir, əlyazmaların tanınmasına, tarixi sənədlərin rəqəmsallaşdırılmasına və əvvəllər diqqətdən kənarda qalmış əlaqələrin aşkarlanmasına imkan yaradır. Bununla belə, alqoritmlərin müəyyən etdiyi məlumatlar mütləq ilkin mənbələr əsasında yoxlanılmalıdır. Alim vurğulayıb ki, süni intellekt tarixi biliklərin müstəqil mənbəyi deyil, köməkçi analitik vasitə kimi istifadə edilməlidir. O qeyd edib ki, tarixi konteksti anlamaq, tənqidi düşünmək və elmi nəticələrə görə məsuliyyət daşımaq yalnız tədqiqatçının üzərinə düşür.