Ankarada “Nizami” simfoniyası təqdim olunacaq
NQ
Türkiyənin paytaxtı Ankarada dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 885 illiyinə həsr olunmuş “Nizami” simfoniyası səsləndiriləcək.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, konsert noyabrın 18-də Ankara Dövlət Konservatoriyasının Böyük Konsert salonunda keçiriləcək.
Fikrət Əmirovun bəstələdiyi əsər Hacettepe Universiteti Simfonik Orkestrinin ifasında, professor Burak Tüzünün dirijorluğu ilə təqdim olunacaq. 1947-ci ildə Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə bəstələnən simfoniya Azərbaycan klassik musiqisinin mühüm nümunələrindən biridir. Layihənin əsas məqsədi Azərbaycan musiqisinin və ədəbi-mədəni irsinin Türkiyədə təbliğidir.