APEC sammitinin iştirakçıları ÜTT-də islahatların aparılmasını dəstəkləyib
NQNuray Qafarzadə

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) CEO Sammitinin iştirakçıları Ümumdünya Ticarət Təşkilatında (ÜTT) islahatların aparılmasına çağırıblar.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu çağırış sammitin yekununda qəbul edilən Şençjen Təşəbbüsündə əksini tapıb.
Sənəddə APEC liderlərinə ÜTT-də islahatları və yüksək standartlara cavab verən açıq çoxtərəfli təşəbbüsləri dəstəkləmək tövsiyə olunub. İştirakçılar, həmçinin qeyri-tarif maneələrinin, o cümlədən ərzaq ticarətinə təsir edən məhdudiyyətlərin azaldılmasını, ticarətin inkişafını və xərclərin aşağı salınmasını təklif ediblər.