Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib
NQNuray Qafarzadə

Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək bir sıra şirkət və fiziki şəxslərə, o cümlədən 47 regional banka məhdudiyyətlər tətbiq edib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, yeni məhdudiyyətlər Aİ Şurasının müvafiq qərarı ilə qüvvəyə minib.
Sanksiyalar çərçivəsində neft emalı və neft məhsullarının istehsalı ilə məşğul olan 12 Rusiya şirkəti də siyahıya daxil edilib. Məhdudiyyətlərə Moskva və Omsk neft emalı zavodlarını idarə edən, eləcə də Qazprom Neftlə əlaqəli müəssisələr daxildir. Siyahıda Kirışinefteorqsintez, Xabarovsk, Saratov və digər neft emalı müəssisələri də yer alıb.