Avropanın 10-dan çox ölkəsində supermarketlərin soyuducularına kiberhücum edilib
NQ
Avropanın 10-dan çox ölkəsində supermarketlərin kommersiya soyutma sistemləri haker hücumlarına məruz qalıb. Hücumlar nəticəsində ərzaq məhsullarının kütləvi şəkildə xarab olduğu bildirilir.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, hakerlər soyuducuların buzəritmə rejimini məsafədən aktivləşdirərək sistemlərin işinə müdaxilə ediblər. İlkin hesablamalara görə, dəymiş ziyanın on milyonlarla avro təşkil etdiyi ehtimal olunur.
Hadisələr Belçika, Lüksemburq, İsveç, Finlandiya, İrlandiya, Niderland, Estoniya, Almaniya, İtaliya, Danimarka və digər ölkələrdə qeydə alınıb. Portuqaliyada da Intermarché şəbəkəsinə məxsus yeddi supermarketin hücumdan zərər gördüyü bildirilib.