Melaniya Tramp cümə axşamı Rusiya və Ukrayna nümayəndələri ilə görüşəcək
NQNuray Qafarzadə

ABŞ-ın birinci xanımı Melaniya Tramp cümə axşamı Ağ Evdə Rusiya və Ukrayna nümayəndələri ilə görüş keçirəcək.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Ağ Evin yaydığı bəyanatda bu görüşün ABŞ tarixində xüsusi bir hadisə olduğu bildirilib.
Melaniya Tramp görüş zamanı Xerson vilayətinin Alyoşki şəhərində əldə olunmuş atəşkəs barədə çıxış edəcək. Bəyanatda görüşdə hansı nümayəndələrin iştirak edəcəyi açıqlanmayıb.