Lavrov: Qərb Avrasiyada öz qaydalarını qəbul etdirmək istəyir
NQNuray Qafarzadə

Rusiya xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin yeni qlobal reallıqla barışmaqda çətinlik çəkdiyini və Avrasiya məsələləri üzrə dialoqa hazır olmadığını bildirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Lavrov ABŞ-ın Moskvanın Tsaritsıno muzey-qoruğunda planlaşdırılan terror aktı barədə məlumat paylaşmasını adi kəşfiyyat işi kimi qiymətləndirib.
Nazirin sözlərinə görə, Qərb Avrasiya qitəsinin şərqi də daxil olmaqla, bütün regionda öz qaydalarını qəbul etdirməyə çalışır. O, bu istiqamətdə qarşıda böyük diplomatik işlərin olduğunu vurğulayıb.