Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların tarixi açıqlanıb
NQNuray Qafarzadə

Rusiya, ABŞ və Ukrayna arasında münaqişənin həlli ilə bağlı üçtərəfli danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinqdə məlumat verib. O, Rusiya nümayəndə heyətinin də həmin tarixlərdə danışıqlarda iştirak etmək üçün Əbu-Dabiyə yollanacağını təsdiqləyib.
Peskov həmçinin Rusiya Prezidenti Vladimir Putinin həmin gün Millətlərarası Münasibətlər üzrə Prezident Şurasının iclasını keçirəcəyini bildirib.