Lukaşenko: Ukraynada münaqişə yaxın aylarda başa çata bilər
NQNuray Qafarzadə

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada münaqişənin yaxın aylarda başa çatacağını düşündüyünü və problemin sülh yolu ilə həllinin alternativinin olmadığını bildirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Lukaşenko Avrasiya Təhlükəsizliyi üzrə IV Beynəlxalq Konfransda çıxışı zamanı münaqişənin bütün tərəfləri yorduğunu vurğulayıb.
O, həmçinin Ukraynadakı münaqişənin dayandırılmaması halında dünyanı üçüncü dünya müharibəsinin gözləyə biləcəyini qeyd edib. Lukaşenkonun sözlərinə görə, Minsk münaqişənin həllində maraqlı olan hər kəsi qəbul etməyə hazırdır.