Azərbaycan karateçiləri “Tbilisi Open-2026” beynəlxalq turnirində 23 medal qazanıblar
RH
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən karate (WKF) üzrə “Tbilisi Open-2026” beynəlxalq turnirində Azərbaycan idmançıları ümumilikdə 23 medal qazanıblar. 14–15 noyabr tarixlərində təşkil olunan yarışda 7 ölkədən yeniyetmə, gənc və böyüklər yaş kateqoriyaları üzrə 600 atlet mübarizə aparıb.
Postxronika.az Azərbaycan Karate Federasiyasına (AKF) istinadən xəbər verir ki, Azərbaycan Karate Federasiyasının təmsilçiləri bu mötəbər yarışı 9 qızıl, 2 gümüş və 12 bürünc mükafatla başa vurublar. Turnirdə yığma komandamızı məşqçilər Bəşir Mahmudov və İbrahim Heydərov müşayiət edib, ölkəmizi hakim qismində isə Mehman Əlirzayevlə Murad Hacızadə təmsil ediblər.
Azərbaycan nümayəndə heyətinə federasiya prezidentinin köməkçisi Vüsal Abdullazadə rəhbərlik edib. Bu nəticə karateçilərimizin beynəlxalq arenada qazandığı növbəti uğur kimi yadda qalıb.