Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
NQ
Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev etimadnaməsini Estoniya Prezidenti Ülle Madiseyə təqdim edib.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 19-da keçirilən təqdimetmə mərasimindən sonra Estoniya Prezidenti səfiri qəbul edib.
Görüşdə Ülle Madise Nemət Nağdəliyevi yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, Azərbaycan-Estoniya münasibətlərinin və əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib. Səfir isə siyasi, iqtisadi, humanitar və rəqəmsal transformasiya sahələrində əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.
Estoniya Prezidenti Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını diqqətə çatdırıb. O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirib və dövlətimizin başçısına salamlarını çatdırmağı xahiş edib.