Bakı Dəniz Limanında konteyner daşımalarında rekord göstərici qeydə alınıb
NQNuray Qafarzadə

Bakı Dəniz Limanında 2026-cı ilin yanvar-oktyabr aylarında konteyner aşırmaları üzrə rekord nəticə əldə edilib.
Postxronika.az ADY-yə istinadən xəbər verir ki, Azərbaycan Dəmir Yollarının (ADY) məlumatına görə, hesabat dövründə limanda 112 min TEU-dan çox konteyner aşırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz çoxdur.
Bununla yanaşı, 10 ay ərzində limanda aşırılan ümumi yük həcmi 3 faiz, quru yük həcmi isə 60 faiz artıb.