Bakıda cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
NQ
Bakı İdman Sarayında eşitmə qabiliyyəti məhdud idmançılar arasında cüdo üzrə Avropa çempionatına start verilib.
Postxronika.az xəbər verir ki, açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. İlk dəfə olaraq Himn işarət dili ilə də təqdim edilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Avropa Karlar İdman Təşkilatının prezidenti İosif Stavrakakis və Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri Anar Bayramov çıxış ediblər. Çıxışlarda yarışın əhəmiyyəti, əlilliyi olan şəxslərin idmana cəlb edilməsi və cəmiyyətə inteqrasiyası vurğulanıb.
Anar Bayramov ölkədə Deflimpiya hərəkatının inkişafından danışaraq, Yaponiyada keçirilən son Deflimpiya Oyunlarında qazanılan gümüş medalın gənc idmançılar üçün stimul olduğunu bildirib. Daha sonra çempionat rəsmi olaraq açıq elan edilib və mərasim bədii proqramla davam edib.