BDYPİ bayramdan qayıdan sürücülərə xəbərdarlıq edib
NQNuray Qafarzadə

Bayram günlərinin başa çatması ilə əlaqədar bölgələrdən paytaxta qayıdan sürücülərə yol hərəkəti təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edilib.
Postxronika.az BDYPİ-yə istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yollarda diqqətli olmağa, tələskənlikdən və təhlükəli ötmə manevrlərindən çəkinməyə çağırıb. İdarə uzun məsafəli səfərlərdən sonra yorğun halda avtomobil idarə etməyin qəza riskini artırdığını vurğulayıb. Sürücülərə mütəmadi fasilələr vermək, yuxusuz və yorğun halda sükan arxasına keçməmək tövsiyə olunub