Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
NQNuray Qafarzadə

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağının təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Postxronika.az DSX-yə istinadən xəbər verir ki, mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hərbi hissənin rəhbərliyinə Döyüş Bayrağını təqdim edib. Çıxışlarda bayrağın təqdim edilməsinin Zəfərimizin 6-cı ildönümünə təsadüf etməsinin rəmzi əhəmiyyəti vurğulanıb. Tədbir çərçivəsində hərbi hissənin ərazisində Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyətinin iştirakı ilə 15 min ağac əkilib.