Ən kövrək 5 bürc
NM
Bəzi insanlar çox həssasdır və kiçik hallar belə onları təsirləndirə bilər. Bürclər arasında da belə həssas ruhlu olanlar var. Postxronika.az ən kövrək 5 bürcə təqdim edir: 1. Balıqlar-Ən həssas bürclərdən biridir. Çox empatikdir, başqasının dərdini öz dərdi kimi yaşayır. Kiçik
Bəzi insanlar çox həssasdır və kiçik hallar belə onları təsirləndirə bilər. Bürclər arasında da belə həssas ruhlu olanlar var.
Postxronika.az ən kövrək 5 bürcə təqdim edir:
1. Balıqlar-Ən həssas bürclərdən biridir. Çox empatikdir, başqasının dərdini öz dərdi kimi yaşayır. Kiçik bir söz belə onu incidə bilər.
2. Xərçəng- Ailəyə və sevdiklərinə çox bağlıdır. Ürəyiyumşaqdır, tez kövrəlir və köhnə xatirələri uzun müddət unutmur.
3. Tərəzi- Hər kəslə yaxşı münasibət saxlamaq istəyir. Münaqişə olanda çox təsirlənir və daxilən üzülür, amma çox vaxt bunu gizlədir.
4. Qız- Çox həssasdır, amma bunu göstərmir. Tənqidi ürəyinə salır və hər şeyi içində yaşayır.
5. Şir-Güclü görünsə də, əslində qüruru tez sınır. Dəyər verilməyəndə çox kövrəlir və incinir.